Elsevər Ağayev: “Həyati vacib dərman preparatlarının tərkibinə yenidən baxılacaq və təsdiq olunacaq”
"Artıq bir neçə müddətdir ki, səhiyyə nazirinin əmri ilə vahid resept blankları təsdiq olunub. Bu blanklar artıq Səhiyyə Nazirliyinin müəssisələrinə paylanıb". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev məlumat verib. O bildirib ki, Bakı, Sumqayıt və digər böyük şəhərlər vahid resept blankları ilə tam olaraq təmin olunub, respublikanın digər regionları isə qısa bir müddət ərzində təmin olunacaq. Onun sözlərinə görə, yaxın zamanlarda bu problemlər öz həllini tapacaq və reseptlə yazılası olacaq dərman preparatları reseptsiz buraxılmayacaq.
Nazir müavini əlavə edib ki, mütəmadi olaraq imtiyazlı qrupa daxil olan əhaliyə verilən dərman preparatlarının siyahısı genişləndirilir. O vurğulayıb ki, hazırda 115 adda dərman preparatları tibb müəssisələrinə pulsuz verilir: "Yəqin ki, gələcəkdə bu preparatların çeşidi daha da genişləndiriləcək. Yaxın vaxtlarda Səhiyyə Nazirliyi tərəfindən həyati vacib dərman preparatlarının tərkibinə yenidən baxılacaq və təsdiq olunacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB