Təhsil müəssisələrində tətilin vaxtı uzadıldı - Operativ Qərargah

Azərbaycanda təhsil müəssisələrində tətilin vaxtı uzadılıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan SİA-ya verilən məlumata görə, Azərbaycan Respublikasında koronavirus infeksiyasının (COVİD - 19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.

Yoluxma hallarının qarşısının alınması məqsədilə sosial təcrid tədbirləri çərçivəsində 2020-ci ilin martın 29-dan aprelin 18-dək (ilk tədris günü aprelin 20-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...