Birinci sinfə elektron qeydiyyat dayandırıldı

Bu gün saat 16:00-dan etibarən birinci sinfə elektron qeydiyyat müvəqqəti dayandırıldı. Təhsil Nazirliyindən SİA-ya verilən xəbərə görə, elektron qeydiyyat sistemi martın 29-u saat 12:00-dan etibarən yenidən aktivləşəcək.

Qeyd edək ki, 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Birinci sinfə elektron qeydiyyat prosesinə martın 10-dan start verilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...