Özəl peşə təhsili müsəssisəsində təhsilverənlərin attestasiyası keçiriləcək

Özəl peşə təhsili müsəssisəsində təhsilverənlərin attestasiyası keçiriləcək

Bu gün Milli Məclisin Elm və təhsil komitəsinin iclasında “Peşə təhsili haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb. SİA-nın xəbərinə görə, qanun layihəsi haqqında məlumat verən komitə sədri Bəxtiyar Əliyev söyləyib ki, qanunun 13-cü maddəsinə (Peşə təhsili fəaliyyətinin lisenziyalaşdırılması və peşə təhsili müəssisəsinin akkreditasiyası) təklif edilən dəyişikliyə əsasən, bələdiyyə və özəl peşə təhsili müsəssisəsində təhsilverənlərin attestasiyası keçiriləcək.

Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə