Təhsil müəssisələrinin lisenziyasız fəaliyyət göstərməsi təklif olunur

Təhsil müəssisələrinin lisenziyasız fəaliyyət göstərməsi təklif olunur

Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında “Lisenziyalar və icazələr haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb. SİA-nın xəbərinə görə, qanun layihəsi haqqında məlumat verən komitə sədri Bəxtiyar Əliyev söyləyib ki, layihədə nəzərdə tutulan dəyişikliyə əsasən Azərbaycanda dövlət peşə, orta ixtisas və ali təhsil müəssisələri lisenziyadan azad edilir: “Dəyişiklik layihəsinə əsasən, dövlət peşə, orta ixtisas, əlavə təhsil və ali təhsil müəssisələri lisenziyasız fəaliyyət göstərəcək”.

Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin sabah keçiriləcək plenar iclasına tövsiyə edilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə