Xüsusi təyinatlı müəssisələrdə qarnizon xidmətinin təşkil edilməsi təklif olunur

Xüsusi təyinatlı müəssisələrdə qarnizon xidmətinin təşkil edilməsi təklif olunur

"Sərhəd mühafizə orqanları haqqında" qanunun 2-ci maddəsinə dəyişiklik nəzərdə tutulur. Dəyişikliyə əsasən, Azərbaycanda xüsusi təyinatlı müəssisələrdə qarnizon xidmətinin təşkil edilməsi təklif olunur”. SİA-nın xəbərinə görə, bu barədə bu gün Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev komitənin bu gün keçirilən iclasında məlumat verib.

O bildirib ki, dəyişiklik layihəsinə əsasən, sərhəd mühafizə orqanları öz fəaliyyətində Azərbaycan Respublikasının qanunvericilik aktlarını, o cümlədən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi nizamnamələrini əsas tutur: “ Bu zaman Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi nizamnamələrinin qarnizon xidməti üzrə müddəaları və sərhəd mühafizə orqanlarının təyinatı ilə əlaqədar olmayan digər müddəaları tətbiq edilmir. Yalnız xüsusi təyinatlı müəssisələrdən başqa”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə