Baxçaşəhər Uğur Təhsil qurumlarının Bakıda ilk şöbəsinin açılışı olub
Bu gün Bakıda "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi və Türkiyə Respublikasının Baxçaşəhər Universiteti ilə əməkdaşlığı çərçivəsində bir sıra tədbirlər keçirilib. SİA-nın verdiyi xəbərə görə, ilk olaraq Baxçaşəhər Uğur Təhsil qurumlarının idarə heyətinin sədri Ənvər Yücəlin rəhbərliyi ilə Türkiyədən gələn qonaqlar və TUİMB üzvləri ulu öndər Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət ediblər. Daha sonra isə Baxçaşəhər Uğur Təhsil qurumlarının Bakıdakı ilk şöbəsinin açılışı baş tutub. Açılış mərasimində Azərbaycan Təhsil Nazirliyinin, Türkiyə səfirliyinin, qeyri-hökümət təşkilatının nümayəndələri, millət vəkilləri, müəllimlər iştirak edib.
Açılış mərasimində çıxış edən Baxçaşəhər Uğur Təhsil qurumlarının idarə heyətinin sədri Ənvər Yücəl iki ölkə arasında münasibətlərin sağlam və davamlı olması üçün təhsil istiqamətində müsbət irəliləyişə nail olmağın vacibliyini vurğulayıb: "Əgər təhsilimizi bu ölkələrə daşıya bilsək, buradakı gənclərə keyfiyyətli təhsil verə bilsək, o zaman bu ölkə ilə daha sıx qardaşlıq əlaqələri quracağıq. "Azərbaycanın sevinci bizim sevinc, kədəri bizim kədərdir", "Biz bir millət, iki dövlətik" sözləri hər bir türkün devizi olmalıdır və bu özünü ən çox təhsil sahəsində göstərməlidir".
Uğur dərsanələri baş direktor Alparslan Ələmdar isə çıxışında bildirdi ki, Uğur dərsanələri 43 ildir ki, milyonlarla şagirdi orta məktəb və universitet imtahanlarına hazırlayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB