Ölkədəki məktəblərin yarısı dezinfeksiya edilib RƏSMİ AÇIQLAMA

Ölkədəki məktəblərin yarısı dezinfeksiya edilib RƏSMİ AÇIQLAMA

"İndiyədək ölkədə 2400 orta məktəb koronavirusla əlaqədar görülən tibbi profilaktik tədbirlər çərçivəsində dezinfeksiya edilib. Bu barədə SİA-ya Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov deyib.

O bildirib ki, dezinfeksiya edilən məktəblər ölkədəki bütün məktəblərin demək olar ki, yarısını təşkil edir: “Bu proses qarşıdakı günlər ərzində intensiv şəkildə davam etdiriləcək. Martın 9-dək olan müddət ərzində bu proses tam olaraq yekunlaşacaq”.

C.Valehov dezinfeksiya işlərinin digər təhsil müəssisələrində də aparıldığını söyləyib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə