Məktəblərdə dezinfeksiya ilə bağlı vəziyyət necədir? AÇIQLAMA -ÖZƏL

Məktəblərdə dezinfeksiya ilə bağlı vəziyyət necədir? AÇIQLAMA -ÖZƏL

“Məlum olduğu kimi son günlərdə bütün ümumtəhsil məktəblərində sanitar epidolomoji vəziyyətə nəzarət gücləndirilib. Müvafiq dezinfeskiya tədbirlərinin, qabaqlayıcı digər tədbirlərin aparılması intensiv xarakter alıb”. Bu fikirləri SİA-ya açıqlamasında Bakı şəhər üzrə Təhsil İdarəsinin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov deyib.

O bildirib ki, bugünə qədər paytaxtda ümumilikdə 160-dan artıq ümumtəhsil məktəbi müvafiq dezinfeksiya olunub.

Onun sözlərinə görə, bununla bağlı Bakı şəhər üzrə Təhsil İdarəsi, eyni zamanda Bakı şəhəri Dezinfeksiya İdarəsi arasında bağlanan müqaviləyə əsasən, bu günlərdə dezinfeksiya tədbirləri daha intensivləşdirlib: “Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahın məlumatında qeyd olunduğu kimi 3-9 mart tarixlərində ümumtəhsil məktəblərində təhsilin dayandırılması nəzərə alınaraq, bu günlərdə dezinfeksiya işlərinin başa çatdırılması nızərdə tutulur”.

B. Məmmədov qeyd edib ki, Təhsil Nazirliyi tərəfindən hələ yanvar ayından etibarən ümumtəhsil məktəblərində müvafiq maarifləndirmə işlərinin aparılması, mövsümi xarakter daşıyan respirator xəstəliklərə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə məktəb həkimləri tərəfindən şagirdlərə və valideynlərə müvafiq tövsiyələrin verilməsi, eyni zamanda zərurət olduğu halda, uşaqların sahə üzrə paliklinikalara yönləndirilməsi məsələlərinə nəzarət artırılıb: “ Bu günlərdə aparılan tədbirlər deməyə əsas verir ki, bu günə qədər ümumtəhsil məktəblərində qeyd olunan virus xarakterli xəstəlik barəsində heç bir hal və şübhəli məqam aşkar olunmadığı kimi bundan sonra da belə hal aşkarlanmasın”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə