İbtidai siniflərdə rus bölməsi üçün vakant yerlərin SAYI

İbtidai siniflərdə rus bölməsi üçün vakant yerlərin  SAYI

"Azərbaycan məktəblərində rus bölməsi üzrə 11 ibtidai sinif müəlliminə ehtiyac var". SİA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin Yerli təhsili idarəetmə orqanlarının işinin əlaqələndirilməsi sektorunun məsləhətçisi Elçin Kərimov bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, müəllim ehtiyacı əsasən Abşeron və Saatlı rayonlarında üstünlük təşkil edir.

Nazirlik rəsmisi vurğulayıb ki, həmin yerlər yerli təhsil idarəetmə orqanları tərəfindən vakant yer kimi təqdim edilib: "Hesab edirik ki, müəllimlərin işə qəbulu müsabiqəsində həmin vakant yerlər dolacaq".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə