"Koronavirusla bağlı məsələ Təhsil Nazirliyinin də diqətindədir. Bakı da daxil olmaqla respublika üzrə 100-lərlə məktəbdə dezinfeksiya işləri aparılıb". SİA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bu gün keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, ümumtəhsil məktəblərində dezinfeksiya işləri növbəti günlərdə də davam etdiriləcək: "Nazirlik tərəfindən ümumtəhsil müəssisələrinə kütləvi tədbirlərin miqyasının məhdudlaşdırılmasının tövsiyyə olunduğunu deyən qurum sözçüsü vurğulayıb ki, iki gün öncə, fevralın 29-dan etibarən Təhsil Nazirliyində 7/24 saat fəaliyyət göstərən qərargah yaradılıb. Bütün təhsil müəssisələrində koronavirusla bağlı məlumatlar iş saatları müddətində nazirliyin müvafiq struktur bölmələrinə, iş saatlarından sonra növbətçi bölmələrə çatdırılması təmin edilib".
C.Valehov söyləyib ki, bu gün ən çox müzakirə olunan məsələ təhsil müəssisələrinin bağlanması ilə bağlıdır: "Ümumiyyətlə, təhsil müəssisələrinin bağlanması ilə bağlı qərar verilməyib. Hazırda mövcud vəziyyət müzakirə olunur bununla bağlı qərar və tapşırıq olarsa həmin məlumatlar mediaya çatdırılacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB