Aprelin 6-da universitetdə Şəffaf Təhsil Şəbəkəsi layihəsinin təqdimatı keçirilib. Azərbaycan Dillər Universitetinin (ADU) İctimaiyyətlə əlaqələr və Mətbuat xidmətinin rəhbəri Zeynab Kazımovanın SİA-ya verdiyi məlumata görə, Universitetlər içərisində Şəffaf Təhsil Şəbəkəsi layihəsinin təqdimatının ilk olaraq ADU-da keçirildiyini deyən Yuva Humanitar Mərkəzinin layihələr koordinatoru Toğrul Ələkbərov layihə haqqında tələbələrə məlumat verib.
Şəffaf Təhsil Şəbəkəsi layihəsinin Azərbaycanda 2008-ci ildən həyata keçirildiyinə toxunan layihə koordinatoru bildirdi ki, proqramın artıq ikinci fazasına start verilib.
Layihənin həyata keçirilməsi zərurətindən danışan T. Ələkbərov 2 əsas prinsip üzrə fəaliyyət göstərdiklərini vurğulayıb. O, layihənin keçirilməsində əsas məqsədin təhsildə şəffaflığın təbliğ edilməsi, təhsildə baş verən korruptiv hallara qarşı gənclərin şəbəkələləşməsi və bu mövzuda maarlifləndirilməsindən ibarət olduğunu tələbələrin diqqətinə çatdırıb. Ali təhsil ocaqlarında davranış kodeksininin yaradılmasının vacibliyini bildirən layihələr koordinatoru kodeksin təhsildə mövcud olan problemlərin aradan qaldırılmasına yardımçı olacağını qeyd edib.
Davranış kodeksində maraqlı tərəflərini hüquq və vəzifələrinin əks olunacağından danışan T. Ələkbərov vurğulayıb ki, kodeks tələbələr, müəllimlər və universitet rəhbərliyi arasında səmimi və qarşılıqlı ünsiyyətin yaradılmasına xidmət edir.
Sonra tədbir sual-cavab şəraitində davam edib.
Qeyd edək ki, Toğrul Ələkbərovun sözlərinə görə, layihənin təqdimatı Azərbaycan Dövlət Neft Akademiyası (ADNA), Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU), Azərbaycan Texniki Universitetində (ATU) və Bakı Dövlət Universitetində (BDU) də keçiriləcək.
Xatırladaq ki, Şəffaf Təhsil Şəbəkəsi ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə həyata keçirilir və özündə 4 ölkəni cəmləşdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB