Summativ qiymətləndirmə ilə bağlı narazılığa SON QOYULDU ŞƏRH

“Ümumi təhsil pilləsində təhsil alanların attestasiyasının yəni qiymətləndirilməsinin aprılması qaydaları Təhsil Nazirliyi Kollegiyasının 28 dekabr tarixli qərarı ilə təsdiq edilib. Lakin ötən müddət ərzində, yəni 2019-cu ilin mart ayında “Ümumi təhsil haqqında” qanun qəbul olundu və həmin qanunda şagirdlərin biliyinin yenidən qiymətləndirilməsi qaydasının yenidən hazırlanması nəzərdə tutulmuşdu”. SİA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin əməkdaşı Gülarə Xudiyeva qiymətləndirmə qaydalarında dəyişikliyi şərh edərkən deyib.

O bildirib ki, “Ümumi təhsil haqqında” qanunda nəzərdə tutulan bu müddəa qiymətləndirmələrin aparılma qaydasına yenidən baxılması zərurətini yaratdı: “ Həmin qaydalara yenidən baxılarkən, ötən dövr ərzində Təhsil Nazirliyinə daxil olan müraciətlər də nəzərə alındı.Nazirliyə daxil olan müraciətlərdə bəzən valideynlər və ya şagirdlər aparılan qiymətləndirmənin nəticələrindən narazı olurdular.Bununla bağlı prosedurun necə tənzimlənəsi qanunvericilik aktlarında nəzərdə tutulmadığından müəyyən çətinliklərlə üzləşilirdi”.

G.Xudiyeva söyləyib ki, bu səbəbdən də qaydalara edilən dəyişikliklərdə həmin prosedurun tənzimlənməsi nəzərdə tutuldu: “Belə ki valideyn və ya şagird aparılan summativ qiymətləndirmənin nəticəsindən və ya illik qiymətlərin hesablanmasından narazıdırsa, bu zaman o şagirdin təhsil müəssisəsinin rəhbərinə müraciət edir və 30 gün müddətində həmin müraciətə baxılır. Əgər summativ qiymətləndirmənin aparılması və ya hesablanması prosesində hər hansı nöqsan aşkarlanarsa, qiymətləndirmənin hesablanması yenidən aparılır, əgər sualların tərtibatında hər hansı bir nöqsana rast gəlinərsə, bu zaman şagirdlərlə yenidən qiymətləndirmənin aparılması nəzərdə tutulur”.

Nazirlik nümayəndəsi vurğulayıb ki, əgər valideyn və ya şagirdin iddiası əsasında hər hansı bir nöqsan aşkar edilmirsə, bu zaman valideynə yazılı cavab verilir: “Əgər valideyn məktəbin apardığı qiymətləndirmənin nəticəsindən narazı olarsa, o zaman həmin məktəbin tabe olduğu təhsil idarəetmə orqanına və ya Təhsil Nazirliyinə yazılı şəkildə müraciət edə bilərlər”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...