Ali və orta ixtisas təhsil müəssisələrinə qəbul qaydalarında dəyişiklik edilib

Ali və orta ixtisas təhsil müəssisələrinə qəbul qaydalarında dəyişiklik edilib

Ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydalarında dəyişiklik edilib. Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qaydalara əsasən qəbul imtahanını rus dilində verən abituriyentlərin Azərbaycan dili imtahanının davametmə müddəti 45 dəqiqədən 1 saat 30 dəqiqəyə artırılıb. Eyni dəyişiklik orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu qaydalarında da edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə