ADU-nun professoru beynəlxalq konfransda iştirak edib

ADU-nun professoru beynəlxalq konfransda iştirak edib

Azərbaycan Dillər Universitetinin İctimaiyyətlə əlaqələr və Mətbuat xidmətinin rəhbəri Zeynab Kazımovadan aldığımız məlumata görə, martın 24-26-sı tarixlərində Polşanın Varşava Universitetində "Məna, kontekst və koqnisiya-2011" adlı beynəlxaq konfrans keçirilib. SİA-nın xəbərinə görə, Beynəlxalq konfransda ADU-nun 1 saylı İngilis dili fakültəsinin dekanı, professor Əfqan Abdullayev dilçiliyin aktual problemlərindən bəhs edən məruzə ilə çıxış edib. Dilçi alimin çıxışı böyük maraqla qarşılanıb.

 

Qeyd edək ki, Avropanın və ABŞ-ın qabaqcıl universitetlərinin məşhur dilçi alimlərinin iştirak etdiyi konfransda 45 ölkədən 130 məruzə dinlənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə