Yaxın günlərdə sinif.az saytında onlayn rejimdə "Mənim sinfim" mövzusunda müsabiqə keçiriləcək. Bu barədə SİA-ya İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov məlumat verib. O bildirib ki, müsabiqə IX siniflər üçün "Cəbr və həndəsəni öyrənirəm", XI siniflər üçün "Qəbul imtahanlarına hazırlaşıram", orta məktəb kursu üzrə "Sevdiyim fənn" və məntiqi testlər üzrə "Mənim intellektim" nominasiyaları üzrə təşkil olunacaq. Onun sözlərinə görə, müsabiqə sinif.az saytının resurları əsasında aparılacaq və saytdan istifadə etmək, onun imkanlarını öyrənmək, məzmununu təşkil edən fənləri mənimsəmək, müvafiq testlərdən keçmək vərdişlərini qiymətləndiriləcək.
Müsabiqədə nominasiyalar üzrə I, II, III yerlər və 20 həvəsləndirici yer müəyyənləşdirilib. Müsabiqədə I yerin sahibinə HP noutbuku, II və III yerin qaliblərinə simsiz internet modemi və sertifikatlar təqdim olunacaq. 20 həvəsləndirici yerləri tutanlar isə ballar göstərilməklə sertifikatlarla mükafatlandırılacaq. Müsabiqənin keçirilmə qaydaları, vaxtı və digər şərtləri barədə əlavə məlumatlar veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB