Türkiyənin məşhur dietoloqu həkim Ender Saraç mətbuat konfransı keçirib
Bu gün Türkiyənin məşhur dietoloqu həkim Ender Saraç Park İnn otelinin Dan Ulduzu zalında mətbuat konfransı keçirib. SİA-nın xəbərinə görə, tədbirdə Douglas Laboratoriya Türkiyə Bazarlama direktoru Mehmet Erden Kutsal, həkim Ender Saraç, "Treka-2009" şirkətinin direktoru Tural Kərimov iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan "Treka-2009" şirkətinin direktoru Tural Kərimov bildirib ki, bu gün bazarımız saysız-hesabsız kimyəvi tərkibli arıqlama dərmanları ilə zəngindir və bu dərmanlar arasında düzgün seçim etmək, sağlamlığınızı qorumaq sizin əlinizdədir. Direktorun fikrincə, bəzi preparatlar var ki, sizin sağlamlığınıza zərbə vurur və buna görə də bitki tərkibli "Formula 7"dən istifadə etmək məqsədyönlüdür.
Tədbirdə söz alan Douglas Laboratoriya Türkiyə Bazarlama direktoru Mehmet Erden Kutsalın sözlərinə görə, Douglas laboratoriyalarının Azərbaycanda rəsmi təmsilçisi olan "Treka-2009" şirkəti 2009-cu ilin aprel ayında təsis olunub. M.E.Kutsalın dediyinə görə, qısa müddət ərzində bir çox uğurlara imza atan "Treka -2009" şirkəti Türkiyə, Polşa və Amerika Birləşmiş Ştatlarının ən qabaqcıl zavodları ilə əməkdaşlıq edir: "2009-cu ildə Türkiyənin məşhur Biota laboratoriyalarının ilk məhsulunu Bioten kremlərini Azərbaycanda aptek şəbəkəsi üzərində yaymağa başlayıb. "Treka-2009" şirkətinin təqdim etdiyi hər məhsul qısa müddət ərzində bazar liderinə çevrilməyə müvəffəq olub".
Tədbirdə çıxış edən həkim Ender Saraç söyləyib ki, "Formula 7" optimal balanslı tərkibi ilə arıqlamağa kömək edir və eyni zamanda möhkəm sağlam bədənə sahib olmağa imkan yaradır. Həkim əlavə edib ki, preparatın tərkibində acıtərə toxumu, funda yarpağı, zəncəfil kökü ekstraktı, yaşıl çay yarpağının ekstraktı, xrom GTF, koenzim Q10 və L- karnitin konpleksdə olduğuna görə bənzərsiz bir formuladır və 7 təsiredici maddələrin birgə qəbul olunması sinerjik təsir göstərərək asan və sürətli arıqlamağa kömək edir.
Qeyd edək ki, tədbirin sonunda qonaqlar preparat haqqında öz fikirlərini bölüşüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə