Nefrologiya və laboratoriya işi ixtisasları üzrə keçirilmiş sertifikasiya test imtahanlarının nəticələri bəlli oldu
Səhiyyə Nazirliyi tərəfindən praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesinin növbəti imtahanının nəticələri bəlli olub.
Nazirlikdən SİA-ya verilən xəbərə görə, 30.03.2011-ci il tarixində nefrologiya və laboratoriya işi ixtisasları üzrə keçirilmiş imtahanda ümumilikdə 45 həkim iştirak edib. İştirakçılardan 2 həkim 100 bal toplayaraq ən yüksək nəticələri göstəriblər. Ümumilikdə isə imtahanda iştirak edən həkimlərdən 42 nəfər (93%) uğurlu nəticələr əldə edib.
Növbəti test imtahanları otorinolarinqologiya və allerqologiya ixtisasları üzrə 06.04.2011-ci il tarixində keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB