Dövlət İmtahan Mərkəzində növbəti TOEFL imtahanı keçirilib

Dövlət İmtahan Mərkəzində növbəti TOEFL imtahanı keçirilib
Dövlət İmtahan Mərkəzində (DİM) TOEFL imtahanı keçirilib. DİM-dən SİA-ya verilən məlumata görə, imtahanda 7 nəfər iştirak edib və imtahanın gedişi zamanı iştirakçılara bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. İmtahan nəticələrini 6 gün sonra onlayn şəkildə öyrənmək mümkün olacaq. Qeyd edək ki, növbəti TOEFL imtahanının fevralın 15-də keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında linkdən ətraflı məlumat əldə edə bilərsiniz: http://www.dim.gov.az/activities/exams/toefl/

Bütün xəbərlər Facebook səhifəmizdə