Rektor: "Magistratura və aspirantura pilləsində təhsil alan oğlan tələblərin hərbi xidmətdən azad olunmaları daha yaxşı olardı"
"Aspirantura və magistraturada təhsil alan tələbələrə hərbi xidmətdən möhlətin verilməsi məsələsi bizi çox narahat edir. Təbii ki, yaxın vaxtlarda dövlət tərəfindən bu istiqamətdə radikal addımlar atılacaq". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov deyib. O bildirib ki, əvvəllər tələbələr bakalavr, magistratura və aspirantura pilləsində əsgər aparılmırdı. Son zamanlar isə bakalavr pilləsindən başqa digər pillələrdə təhsil alan gənclərin əsgər aparıldığını deyən millət vəkili vurğulayıb ki, magistratura və aspirantura pilləsində təhsil alan oğlan tələblərin hərbi xidmətdən azad olunmaları daha yaxşı olardı.
"Çünki bu ilk növbədə elmin inkişafına müəyyən əngəllər törədir. Tələbələr təhsildən ayrılır və qayıdarkən qiyabi təhsil almaq istəyirlər. Qiyabi təhsil forması ilə elmin inkişafına nail olmaq olmaz. Bugünki gəncə gərək sistemli təhsil verəsən ki, onun da uğurlu nəticələrin əldə edəsən. Bu barədə mənim narazıçılğım var və bununla əlaqədar olaraq müəyyən rəsmi məlumatlar hazırlayaraq müəyyən yuxarı, ali strukturlara, bununla yanaşı, Milli Məclisə göndəririk. Hesab edirəm ki, bu məsələyə yenidən baxılsa, Azərbaycan elminin, təhsilinin səviyyəsi daha yüksək ola bilər. Biz çalışırıq ki, bu, cari ilə də şamil olunsun. Artıq bir-iki ay vaxt qalıb. Bu dövlətin siyasətidir, ancaq qeyd edim ki, gənclər elmlər namizədi olduqdan, magistr və ya aspiranturada təhsil aldıqdan sonra da 35 yaşına kimi gedib hərbi xidmətini çəkə bilər. Təcrübə isə göstərir ki, hərbi xidmətə gedəndən sonra gənclər yenidən təhsilə qayıtmır və yaxud da qiyabi təhsilə üstünlük verirlər", - deyə o əlavə edib.
BDU-nun rektoru tələblərin dövlət hesabına təhsil alması məsələsinə münasibət bildirib. Onun sözlərinə görə, artıq bir ildən çoxdur ki, dövlət proqramı hesabına tələbələrin təhsil alması prosesi həyata keçirilir: "Bu təbii ki, ilk addımdır və bu il yalnız birinci kursları əhatə edib. Bakı Dövlət Universiteti bu islahatdan uğurlar əldə edib. Tələbələrin seçimi zamanı universitetlərin reytinqi də müəyyənləşdirilir. Belə ki, hansı universitetdə dövlət proqramına əsasən təhsil alan tələblərin sayı çox olduqca, bu universitetin reytinqi də artır".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB