Bu il 84 yeni məktəb binası tikilib

Təhsil Nazirliyində bu gün 27 yanvar tarixində 2019-cu ilin yekunlarına və 2020-ci ilin hədəflərinə həsr edilən mətbuat konfransı keçirilib. SİA xəbər verir ki, mətbuat konfransında Təhsil naziri Ceyhun Bayramov həyata keçirilən genişmiqyaslı islahatların təhsil sektoruna müsbət təsirini, təhsil üzrə strategiya və proqramların qəbul edildiyini, təhsilin inkişafının dövlət siyasətində əsas prioritetlərdən biri olduğunu qeyd edib.

Nazir qeyd edib ki, ümumi təhsil müəssisələrinin infrastrukturunun yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb və hesabat ilində 84 yeni məktəb binası tikilib və əsaslı təmir olunub. Cayhun Bayramov bu sahədə Heydər Əliyev Fondunun fəaliyyətini də xüsusi olaraq qeyd edib. Nəzərə çatdırıb ki, ötən il Fondun təşəbbüsü ilə onlarca məktəb tikilib və təmir edilib, beləliklə də ötən ildə 100-ə yaxın məktəb istifadəyə verilib.
Təhsil naziri, 2020-ci ildə də yeni məktəb binalarının tikintisinin və təmirinin davam etdiriləcəyini vurğulayıb.
Məktəblərdə şagird sıxlığı məsələsinə toxunan nazir bununla bağlı ciddi addımlar atıldığı barədə məlumat verib və bu məsələnin 2020-ci ildə də diqqət mərkəzində saxlanılacağını bildirib.

Mətbuat konfransının sonunda Təhsil naziri jurnalistlərin suallarını cavablandırıb və onları maraqlandıran məsələlərə də aydınlıq gətirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...