Ümumdünya Səhiyyə Təşkilatınin rəsmi nümayəndələri Azərbaycanda malyariyaya görə endemik ərazilərə baxış keçirəcək
Ümumdünya Səhiyyə Təşkilatı Qlobal Malyariya Proqramının direktoru Robert Nyumanın və Ümumdünya Səhiyyə Təşkilatı Avropa Regional Bürosunun malyariya və digər parazitar xəstəliklər proqramının rəhbəri Mixail Yejovun Bakıya səfəri başlanıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, martın 28-dən başlayan səfər martın 31-dək davam edəcək. Səfər çərçivəsində müvafiq idarə və müəssisələrin və partnyor təşkilatların rəsmiləri ilə görüşlər aparılacaq, malyariyaya görə endemik ərazilərə baxış keçiriləcək. Artıq səfər çərçivəsində Səhiyyə Nazirliyində görüş keçirilib və burada qonaqlar Azərbaycanda malyariya ilə mübarizə sahəsində əldə edilmiş nailiyyətlərlə tanış olublar, eləcə də, bu sahədə uğurlu və məhsuldar ikitərəfli əməkdaşlığın gələcək inkişaf yolları müzakirə olunub.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə 3.3 milyard insan, yəni dünya əhalisinin yarısı malyariya ilə yoluxma riski altında yaşayır. Hər il dünyada təxminən 250 milyon malyariya hadısəsi qeydə alınır və bunlardan təxminən bir milyonu ölümlə nəticələnir. Malyariya xüsusilə Afrika regionu üçün böyük bəladır. Dünyada hər 30 saniyədə bir uşaq malyariyadan dünyasını dəyişir. Azərbaycanda malyariyaya görə vəziyyət 1990-cı ildən sonra çox sürətlə pisləşməyə başlayıb. Baş vermiş epidemiya 1996-cı ildə ən yüksək səviyyəyə çatıb. Həmin il malyariya hadisələrinin sayı 13135 olub. Ölkədə geniş miqyaslı eksepidemik tədbirlərin aparılmasının nəticəsində malyariyaya görə epidemioloji vəziyyət nəzərəçarpacaq dərəcədə yaxşılaşaraq 2010-cu ildə cəmi 50 hadisə qeydə alınıb.
2005-ci ilin dekabrında Azərbaycan Avropa Regionu ölkələrində "Malyariya ilə mübarizədən onun eliminasiyasına doğru irəli" deklarasiyasına qoşularaq malyariya problemi ilə mübarizəyə siyasi dəstək və tərəfdarlığını bir daha təsdiq edib. 2008-ci ildə Azərbaycanda Malyariyanın Eliminasiyası üzrə 2008-2013-cü illər üçün Milli Strategiya və tədbirlər Planı qəbul edilib. Yeni milli strategiyanın son məqsədi, respublikanın malyariogen rayonlarında 2013-ci ilədək malyariya ilə yerli yoluxmaların kəsilməsi və onun eliminasiyasıdır. Hazırda Milli Strategiya uğurla həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB