TQDK abituriyentlərə xəbərdarlıq edib

TQDK abituriyentlərə xəbərdarlıq edib

Sınaq imtahanlarına yazılışıla bağlı aparılmış təhlillər göstərir ki, 2011-ci il aprelin 3-də keçiriləcək imtahana 139 abituriyent valideyninin şəxsiyyət vəsiqəsi əsasında qeydiyyatdan keçib.


TQDK-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bununla əlaqədar olaraq bildiririk ki, imtahan binalarına buraxılış yalnız abituriyentin özünün şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçiriləcəkdir.


Başqasının (valideyninin, digər qohumunun və s.) şəxsiyyət vəsiqəsi ilə yazılmış abituriyentlər imtahan binasına buraxılmayacaqlar!
İmtahana mobil telefon, kalkulyator və digər köməkçi vasitələr gətirilməsi qəti qadağandır!

Bütün xəbərlər Facebook səhifəmizdə