Naxşıvan Qarnizonu tam orta məktəbində “20 Yanvar Milli Qürur Günü” adlı tədbir keçirilib

20 Yanvar - Milli Hüzn Günü Azərbaycanın müasir tarixinin hüznlü və eyni zamanda qürur doğuran səhifəsidir. O vaxtdan 30 il ötür. Hər il olduğu kimi, bu il də Naxçıvan Qarnizonu tam orta məktəbində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı silsilə tədbirlər həyata keçirilir.

20 yanvar Şəhidlərinin xatirəsinə həsr edilmiş, 13-18 yanvar tarixində məktəbin şagirdləri arasında şahmat, stolüstü tennis yarışları və “20 Yanvar Milli Qürur Günü” mövzusunda IX-XI sinif şagirdləri arasında inşa yazı , V-IX siniflər arasında viktorina və rəsm müsabiqəsi keçirildi.

Məktəbdin 20 yanvar faciəsi ilə ələqadar yekun tədbiri 18 yanvar 2020-ci il tarixdə keçirildi. Tədbirdə əvvəlcə dövlət himni səsləndi, ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri Naxçıvan Qarnizonu tam orta məktəbin direktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi Natiq Əhmədov açdı. Natiq Əhmədov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet hərbi birləşmələrinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətliamın insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu qeyd etdi. Məktəbin direktoru çıxışında vurğuladı ki, “Faciədən bir gün sonra ümummilli lider Heydər Əliyevin İlham Əliyevlə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək SSRİ rəhbərliyinin Azərbaycana qarşı həyata keçirdiyi bu qanlı aksiyanı kəskin şəkildə pisləyən bəyanatla çıxış etməsi təkrarsız mərdlik və cəsarətlə xalqa bağlılıq nümunəsi idi”.

Natiq Əhmədov həmçinin onu da qeyd etdi ki, 20 Yanvar faciəsinə siyasi-hiquqi qiymət verilməsi, faciədə şəhid olanların və faciədə əlil olanlara sosial müdafiəsi işlərinə ulu öndər Heydər Əliyevin əsasın qoyduğu dövlət səviyyəsində qayğı bu gün də davam etdirilməkdədir.

“20 Yanvar şəhidləri müstəqillik qaranquşları olduqları üçün, xalqımızın qəlbində daim yaşayacaq əbədi qəhrəmanlardır. Onlar hər yerdə, hər zaman millətin qəhrəmanları kimi təqdim edilməlidir”-deyərək Natiq Əhmədov çıxışını tamamladı.

Tədbirdə məktəbin tarix müəllimi Ceyhunə Əsgərova çıxış edərək, 20 Yanvar gününün Azərbaycan xalqının tarixində qanlı fəlakət ilə yanaşı, həm də qəhrəmanlıq salnaməsi kimi iz buraxdığını, hər bir insan ölümünün faciə olduğunu söyləyərək, lakin öz ölkəsinin azadlığı və müstəqilliyi yolunda canından keçən Azərbaycan övladlarının həlak olmaları ilə qəhrəmanlıq salnaməsinin mühüm bir səhifəsinə tarix yazdıqlarını bildirdi.

20 Yanvar 1990-cı ildə Azərbaycan xalqı hərbi, siyasi və mənəvi təzyiqlərə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu qeyd edərək, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gəlmək, hətta şəhid vermək əzmini bütün dünyaya sübut etdirdiyini müəllim qeyd etdi.

Tədbirin sonunda şagirdlərin iştirakı ilə 20 Yanvar faciəsinə həsr edilmiş ədəbi-bədii kompozisiya təqdim edildi. Şagirdlərin ifasında 20 Yanvar şəhidləri ilə bağlı şeirlər və mahnılar səsləndi. Məktəbin faesində “Şəhidlər yaşayır” adlı rəsm sərgisi nümayiş etdirildi.

Bütün xəbərlər Facebook səhifəmizdə