Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə könüllü qanvermə aksiyaları keçirilib

Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə könüllü qanvermə aksiyaları keçirilib

Bayram ərəfəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə könüllü qanvermə aksiyaları keçirilib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, Xüsusi rejimli Vergi Departamentində, Vergilər Nazirliyinin Tədris Mərkəzində, Vergilər Departamentində, Vergi Departamentinin bəyannamələrinin qəbulu İdarəsində, Vergilər Nazirliyinin vergi cinayətləri departamentində, Texniki Universitetdə, Vergi Auditi Departamentində, Sumqayıt şəhər Dövlət Universitetində, Ədliyyə Nazirliyinin Hospitalında və Ağcabədi MRX-da təşkil olunan aksiyalarda ümumilikdə 999 nəfər qan verib.

Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə