Ölkə əhalisinə daha səmərəli və standartlara uyğun qaydada lazımi tibbi yardım göstərmək məqsədilə bir-birinin ardınca açılıb istifadəyə verilən səhiyyə ocaqlarının sayı artmaqda davam edir. Səhiyyə Nazirliyindən SİA-ya verilən xəbərə görə, belə müəssisələrdə bir neçəsi açılaraq əhalinin istifadəsinə verilib. Belə ki, ilk növbədə 18 saylı şəhər poliklinikasının açılış mərasimi olub. İlkin müayinə üçün standartlara tam cavab bütün avadanlıqlarla təmin olunmuş poliklinika 33 min əhaliyə xidmət edəcək.
Analoji mərasim 20 nömrəli şəhər poliklinikasında olub. Burda da yaradılmış şərait 65 min yerli sakinə daha da səmərəli tibbi xidmət göstərmək imkanlarını gücləndirilməsinə imkan verəcək. Əsaslı təmirdən sonra istifadəyə verilən 3 mərtəbəli poliklinikada müayinə üçün lazım olan (rentgen, USM, laborator müayinələr)bütün tibbi avadanlıqlarla təmin olunaraq istifadəyə verilib.
Şirvan şəhərində isə Mərkəzi Şəhər Xəstəxanasının 255 çarpayılıq 4 mərtəbəli korpusunun açılış mərasimi olub. Xəstəxana 90 min yerli əhali, həmçinin müraciət edə biləcək ətraf rayonların əhalisinə xidmət edəcək. Xəstəxana standartlara cavab verən bütün tibbi avadanlıq və inventarlarla tam təmin olunub. Burda dərman, istilik və qida ilə təminat tam qaydada həyata keçirilib və əhalinin istifadəsinə buraxılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB