Bu gün ümumdünya vərəmlə mübarizə günüdür

Bu gün ümumdünya vərəmlə mübarizə günüdür
Hər il martın 24-ü bütün dünya ölkələrində vərəmlə ümumdünya mübarizə günü qeyd edilir. SİA-nın xəbərinə görə, bu gün Ümumdünya Səhiyyə Təşkilatı və Vərəmlə Dünya Mübarizə Birliyinin təşəbbüsü ilə qeyd olunur. Bu qorxunc xəstəlik çoxlu sayda insan həyatına son qoyub və qoymaqda davam edir. İl ərzində vərəmdən 2 milyona yaxın insan ölür, 8 milyondan çox insan isə bu xəstəlikdən əziyyət çəkir. Bu xəstəlik bütün qitələrdə və en dairələrində yayılıb. Ən pisi budur ki, xəstəlik yoxsulluq və aclığın daha çox qeydə alındığı Afrika, Cənub-Şərqi Asiya, Latın Amerikası və Çində yayılıb.

Vərəm infeksion xəstəlikdir və eyni adlı bakteriyaların orqanizmə daxil olması ilə əlaqədardır. Alman alimi Robert Kox bu gün Kox "çöpü" adlanan vərəm yaradıcısını təsvir edib və 1882-ci il martın 24-də özünün kəşfi ilə əlaqədar məruzə edib. Hər il bu tarixdə dünyada minlərlə insan planetin sakinlərini vərəm probleminə cəlb etmək istəyir.

Azərbaycanda vərəmli xəstələrin sayı az olmasa da, bu qorxunc virusa yoluxanların dəqiq sayını rəqəmlərlə ifadə etmək çətindir. Mütəxxəsislər, bu qeyri dəqiqliyi bəzi həkimlərin və vətəndaşların məhsuliyyətsizliyində görür. Rəsmi mənbələrdə Azərbaycanda 10 minə yaxın şəxsin vərəmə yoluxduğu göstərilir. Ekspertlərin fikrincə isə, belə xəstələrin sayı daha çoxdur. Hazırda ölkənin müxtəlif regionlarında vərəmi aşkarlamaq üçün müasir rentgen avdanlıqları fəaliyyət göstərir. Amma əksər hallarda vərəmə yoluxanlar müalicədən yayınaraq, həkim məsləhətlərinə məhəl qoymurlar. Pəhrizlərini saxlamırlar və digər şəxsləridə müalicəsi uzun sürən bu virusa yoluxdururlar. Bu da vərəm xəstəliynin daha geniş şəbəkəni əhatə etməyə şərait yaradır. Dünya üzrə vərəmə yoluxmuş insanların yarıdan çoxu asiyada yaşayır. Hər il Çin, Hindistan, Filippin və İndoneziyada vərəmlə mübarizəyə külli miqdarda vəsait xərcləyir. Yüksək yoluxma dərəcəsinə malik Şərqi Avropa ölkələrində isə vəziyyət get-gedə sabitləşir. Amma bu fikirləri Afrika haqqında söyləmək olmaz. Tibb işçilərinin sözlərinə görə qara qitənin bütün dövlətlərində vərəmlə mübarizədə fövqəladə tədbirlərlərin həyata keçrilməsinə ehtiyac var. Bu bölgə QİÇS epidemiyası ilə yanaşı, vərəmə yoluxanların sayının sürətlə artdığı yeganə qitədir. Hazırda dünya əhalisinin 3-də biri passiv vərəmə yoluxub. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, hər il təxminən 9,2 milyon insanda bu xəstəlik aktiv formaya keçir. Bu, yüksək yolxucu xəstəlik bir adamdan digrinə öskürərkən və asqırarkən hava ilə keçir. Ümumdünya səhiyyə təşkilatının qlobal vərəmlə mübarizə hesabatında o da bildirilir ki, vərəmin yayılma və ölüm hallarının faiz dərəcəsi azalmaqdadır və yeni vərəm xəstələrinin aşkar olunması və vərəmə qarşı yüksək keyfiyyətli müalicə imkanları artır.

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hər il 24 mart tarixində qeyd olunan Beynəlxalq Vərəm Günü vərəm probleminə dünya ictimaiyyətinin diqqətini artırmaq məqsədini daşıyır. Bu gün insanlar vərəm barədə daha çox danışır, problem barədə fikirlərini paylaşırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə