Ötən il 116 adda dərslik və metodik vəsait məzmun və dizayn baxımından yenilənib

Ötən il 116 adda dərslik və metodik vəsait məzmun və dizayn baxımından yenilənib

2019-2020-ci tədris ilində dövlət ümumtəhsil müəssisələri üçün 322 adda 7 717 764 nüsxə dərslik və metodik vəsait çap edilib.

SİA Təhsil Nazirliyinə istinadən bildirir ki, 2019-cu il ərzində dövlət ümumtəhsil müəssisələrinin istifadəsində olan 116 adda dərslik və metodik vəsait məzmun və dizayn baxımından təkmilləşdirilərək yenilənib.

2019-2020-ci tədris ilində dövlət ümumtəhsil müəssisələrinin birinci sinifləri üçün hazırlanan ehtiyat dərsliklər 150 məktəbin pilot siniflərində tətbiq olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə