Ötən il Azərbaycan məktəbliləri 14 müxtəlif beynəlxalq olimpiada və müsabiqələrdə iştirak ediblər
2019-cu ildə Azərbaycan məktəbliləri ümumilikdə 14 müxtəlif beynəlxalq olimpiada və müsabiqələrdə iştirak ediblər.
SİA Təhsil Nazirliyinə istinadən bildirir ki, məktəblilərimiz ötən il ərzində 21 gümüş, 18 bürünc medal və 6 həvəsləndirici mükafat əldə ediblər.
2013-2019-cu illərdə 4 qızıl, 50 gümüş, 126 bürünc, 35 həvəsləndirici mükafat olmaqla ümumilikdə 180 medal qazanılıb. Ümumilikdə məktəblilərimiz 5 əsas fənn üzrə keçirilən dünya olimpiadalarının 4-ü üzrə medal qazanıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB