2019-cu ildə ölkədə təhsil sahəsi üzrə imzalanan mühüm SƏRƏNCAMLAR
2019-cu ili yol salmaqdayıq. Açıqlanan hesabatlara əsasən bu ildə bir çox sahələrin üçün uğurla inkişaf etdiyini, ayrı-ayrı sahələr üzrə əhəmiyyətli dərəcədə artımların, əhəmiyyətli addımların atıldığının şahidi olduq. Bütün sahərlə yanaşı bu il təhsil sahəsində də məqsədyönlü işlər, həyata keçirilən bir sıra layihələr, tətbiq olunan yeniliklərlə yaddaqaldı. Xüsusilə Prezident İlham Əliyevin təhsilin inkişafı ilə bağlı imzaladığı çoxsaylı fərman və sərəncamlar Azərbaycanda təhsil sahəsinə göstərilən diqqət, qayğı və həssaslığın, göstəricisidir. SİA cari ildə Prezident İlham Əliyev tərəfindən təhsil sahəsi ilə bağlı mühüm sərəncamları təqdim edir:
Belə ki, Prezidenti İlham Əliyev tərəfindən 2019-cu il iyunun 18-də “Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında”, “Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında”, “Minimum aylıq əməkhaqqının artırılması haqqında” sərəncamlar imzalanıb. İmzalanan sənədlər son illər ərzində təhsil işçilərinin sosial müdafiəsinə yönələn ali diqqətin daha bir bariz nümunəsidir. Qeyd edək ki, sənədlər 2019-cu ilin sentyabrın 1-dən qüvvəyə minib.
Eləcə də “Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında”, “Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi və təmiri ilə bağlı tədbirlər haqqında” və “Azərbaycan Respublikasında təhsil müəssisələrinin qazlaşdırılması haqqında” Sərəncamlara əsasən, ölkə üzrə təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlərə 18 milyon manat, Bakı şəhəri və paytaxt qəsəbələrində təhsil müəssisələrinin tikintisi və təmirinə 40 milyon manat, Azərbaycanda təhsil müəssisələrinin qazlaşdırılmasına 5,7 milyon manat vəsait ayrılıb.
“Azərbaycan Respublikasının təhsil işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında” və “Azərbaycan Respublikasının təhsil işçilərinə “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən, ümumi təhsil müəssisələrində çalışan müəllimlər təhsilin inkişafında xüsusi xidmətlərinə görə təltif olunublar.
Eyni zamanda “2019-2020-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, tədris ilində yüksək nəticə göstərək ali məktəblərə daxil olan tələbələrə təqaüd verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB