Bu il DİM-in keçirdiyi imtahanlarda 570 min abituriyent iştirak edib STATİSTİKA
2019-cu il ərzində Dövlət İmtahan Mərkəzi tərəfindən müxtəlif istiqamətlər üzrə keçirilən imtahanlarda iştirakçıların sayı 571 mindən yuxarı olub. Dövlət İmtahan Mərkəzindən SİA-ya verilən xəbərə görə, DİM-in tətbiq etdiyi elektron xidmətlərdən istifadə sayı isə 7 milyondan çox olub.
Mərkəzin saytı iki müxtəlif domen adı altında fəaliyyət göstərməsinə baxmayaraq ilin 9 ayının yekunlarına əsasən həm toplam, həm də unikal giriş sayına görə 1-ci yeri tutub.
Bununla yanaşı, cari ildə ali təhsil müəssisələrinə qəbul imtahanları yeni model əsasında keçirilib və bu yanaşma bizə iştirakçıların bilik və bacarıqlarının qiymətləndirilməsində yeni imkanlar əldə etməyə imkan verib. Yeni modelə əsasən bu il 370000-dən çox şagird ümumilikdə 7 milyona qədər yazı işi yerinə yetirib və bu işlərin qiymətləndirilməsi üçün 15 milyona yaxın yoxlama (qiymətləndirmə) aparılıb. Bu il DİM-in fəaliyyəti ilə əlaqədar 60 minə yaxın müvəqqəti iş yerləri yaradılıb və həmin işlərdə çalışan əməkdaşlara 5 milyon manatdan artıq əmək haqqı ödənilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB