Azərbaycanlı tələbələr üçün İndoneziya hökuməti tərəfindən müəyyən təqaüdlərin ayrılması nəzərdə tutulub
Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili, professor Səməd Seyidov İndoneziya səfirliyinin müvəqqəti işlər vəkili Agus Tri və onun xanımını qəbul edib. SİA-nın xəbərinə görə, qonaqları salamlayan S.Seyidov deyib ki, bizim xalqlarımız bir sıra eyni ənənələrə malikdirlər, oxşar adət-ənənələrimiz var. O, ADU-dakı İndoneziya mərkəzinin iki ölkə arasında əlaqələrin inkişafına öz töhfəsini verdiyini söyləyib. ADU-nun İndoneziya mərkəzinin İndoneziya mədəniyyətinin Azərbaycandakı mərkəzi olduğunu vurğulayan rektor bu strukturun fəaliyyətini yüksək qiymətləndirib.
Müvəqqəti işlər vəkili Agus Tri bu ali təhsil ocağında belə bir mərkəzin mövcudluğundan məmnunluğunu ifadə edib. Azərbaycanlı tələbələr üçün İndoneziya hökuməti tərəfindən müəyyən təqaüdlərin ayrılmasının nəzərdə tutulduğunu vurğulayıb.
S.Seyidov ADU-nun Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin İndoneziyaşünaslıq ixtisası üzrə təhsil alan tələbələri üçün geniş imkanlar açılacağına inandığını söyləyib, Universitetdəki mərkəzlərin fəaliyyətindən danışaraq İndoneziya mərkəzinin xüsusi çəkisi olduğunu deyib. ADU-nun professoru Həbib Zərbəliyevin bu sahədə gördüyü işlərin əhəmiyyətini vurğulayıb.
Sonra müvəqqəti işlər vəkili Agus Tri və onun xanımı, həmçinin səfirliyin əməkdaşları ADU-nun İndoneziya mərkəzində təşkil olunan Novruz şənliyinə qatılıblar. Tədbirdə Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin İndoneziyaşünaslıq ixtisasında təhsil alan tələbələr tərəfindən hazırlanan Azərbaycanın Novruz adət-ənənələri nümayiş olunaraq qonaqlara "qapı pusdu", "başmaq atdı", "Novruz payı yığmaq (papaq atdı, şal atdı)", "üzük falı" mərasimləri kiçik səhnəciklər şəklində İndoneziya dilində təqdim olunub. Həmçinin Novruz şirniyyatları olan qoğal, paxlava, şəkərbura, badambura və bu nemətlərin hazırlanması üsulları nümayiş etdirilib. Tələbələrin ifasında Azərbaycan milli rəqslərinin təqdimatı qonaqlar tərəfindən böyük coşqu ilə qarşılanıb. Rəqsə qoşulan qonaqlar daha sonra mərkəzdə açılan Novruz süfrəsindəki milli təamlardan da dadıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB