Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş bayram tədbiri keçirilib. UNEC-dən SİA-ya bildirilib ki, tədbirdə rektor Ədalət Muradov, universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Bayram konsertində Xalq artisti Röya Ayxan və Əməkdar artist Ədalət Şükürov öz repertuarları ilə UNEC kollektivinə xoş anlar yaşadıblar.
Tanınmış sənətçilərdən sonra səhnədə UNEC-in Yaradıcılıq Mərkəzinin üzvləri yer alıblar. Vokalçı Aslan Əzimzadə “Azərbaycan” mahnısını, Yusif Cəfərzadə “Qarabağ” şikəstəsini, Ceyhun Bəxtiyarov isə papuri musiqilər ifa ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB