ADU-da “Frankafoniya günü” adlı tədbir keçirilib

ADU-da “Frankafoniya günü” adlı tədbir keçirilib

Azərbaycan Dillər Universitetinin (ADU) akt zalında Fransa mərkəzinin rəhbəri Leyla Abbasovanın təşkilatçılığı ilə Frankafoniya günü qeyd olunub. ADU-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirdə Fransa, Mərakeş, Belçika səfirliklərindən dəvət olunan nümayəndələr, Xarici Dillər, Fransız dilinin leksikologiyası və üslubiyyatı, Fransız dilinin fonetikası, qrammatikası və I kursda yazılı-şifahi nitq praktikası kafedrasının müəllimləri və universitetin tələbələri iştirak edib.

L. Abbasova tədbiri giriş sözü ilə açaraq tədbirin aparılmasını aparıcılara həvalə edib. İlk öncə 52 nömrəli məktəbinin şagirdlərinin ifasında "Frankafoniya" adlı mahnı səsləndirilib. Mahnıdan sonra Frankafoniyanın yaranması və tarixi ilə bağlı video-slayd nümayiş olunub. 2 nömrəli internat məktəbin şagirdlərinin ifasında rəqslər ifa olunub. Daha sonra Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin 269 və 460-cı qrup tələbələrinin ifasında mahnı səsləndirilib.

Sözügedən fakültənin 3 və 4-cü kurs tələbələri "Müsyo Jordan və Dərviş Məstəli şah" komediyasından kiçicik bir səhnəni müasir adət-ənənənəyə əsaslanan formada tamaşaçıların diqqətinə çatdırıblar.

Tədbirin sonunda Viktor Hüqonun erkən yaşda vəfat etmiş qızına həsr etdiyi şer səslənib. Tədbir tələbələrin ifasında mahnı və rəqslərlə yekunlaşıb.
Qeyd edək ki, tədbir fransız dilində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə