"Təhsil haqqında" qanunun tətbiqi ilə əlaqədar yeni qərar imzalanıb

"Təhsil haqqında" qanunun tətbiqi ilə əlaqədar yeni qərar imzalanıb

Azərbaycan Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında qərar verib. Nazirlər Kabinetindən SİA-ya verilən məlumata görə, bu dəyişiklik "Təhsil haqqında" qanunun tətbiq edilməsi barədə" Azərbaycan Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli fərmanının 1.30-cu bəndinə əsasən aparılıb. Qərara əsasən, "Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası"nın 1 və 2 nömrəli əlavələrinin mətnində "attestatın" sözü "şəhadətnamənin" sözü ilə əvəz edilsin.

Bundan əlavə, "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın 11.1.3-cü bəndində "Azərbaycan dili" - dövlət dili kimi (təlim digər dillərdə olan məktəblərdə)," sözlərindən sonra "Ədəbiyyat," sözü əlavə də edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə