"Problemləri müəyyənləşdirib tədqiqatlar aparmaq lazımdır" Məleykə Abbaszadə
"20 ildən çoxdur hər keçirilən imtahanlardan sonra geniş elmi-statistik təhlillər aparırıq. Bu statistik təhlillər indi də aparılır, ancaq builki imtahanların statistik təhlillərlə bağlı hər hansı fikir söyləyə bilmərəm. Çünki həmin tədqiqatlar hazırda davam edir". SİA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin direktorlar Şurasının sədri Məleykə Abbaszadə " Yeni imtahan modeli: islahatlar, nəticələr və gözləntilər" mövzusunda keçirilən konfransda çıxış edərkən deyib.
O bildirib ki, Sosial Tədqiqatlar Mərkəzinin sorğularının nəticələri də yalnız imtahan prosedurları ilə bağlıdır: "Bizdə də belə növ tədqiqatlar aparılır. STM-in səsləndirdiyi fikirlər bizim üçün çox vacibdir. Bütün bu nəticələri gələcəkdə öz işlərimizdə mütləq nəzərə alacağıq. Sosial xarakterli araşdırmalar ilk dəfə olsa da bunu davam etdirmək lazımdır. Araşdırmalar üçün qoyulan məsələlər ilkin kəşfiyyat xarakterli aparılan sorğudur".
M.Abbaszadə qeyd edib ki, problemləri təkcə şagirdlərdən yox, müəllimlər təhsil sistemində işləyən ekspertlərlə müəyyənləşdirib daha dərin tədqiqatlar aparmaq lazımdır: "Qiymətləndirmə və təhsil sistemində, ümumilikdə ölkədə aparılan islahatlar işimizə çox böyük təsir göstərir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB