"İmtahan modellərinin dəyişdirilməsi təhsil sistemində tez-tez baş verən proses deyil. Uzun illər ərzində biz imtahanlar barəsində danışarkən əsasən imtahanın dürüstlüyü, ədalətliliyi prinsiplərinə diqqət etmişik. Təbii ki bu, çox vacib və əhəmiyyətlidir. Eyni zamanda qeyd etməliyik ki, uzun müddət ərzində ölçülməyən biliklər unudula bilər". SİA-nın xəbərinə görə, bunu təhsil naziri Ceyhun Bayramov "Yeni imtahan modeli: islahatlar, nəticələr və gözləntilər" adlı konfransda çıxış edərkən deyib.
O bildirib ki, ona görə də bu gün əmək bazarında tələb olunan bir sıra bacarıqlara diqqət yetirdikdə tənqidi təfəkkür, qeyri standart yanaşma, komanda da işləmək, riyazi təfəkkür, kreativlik və bir sıra bu kimi kompetensialara diqqət yetirdikdə görürük ki, məzunlarımızın bu sahədə kifayət qədər çox axsadığı istiqamətlər mövcuddur: "Bütün bunları nəzərə alaraq hesab edirəm ki, yeni imtahan modelinin tətbiqinə çox ciddi ehtiyac var. Təhsil Nazirliyi son bir neçə il ərzində Dövlət İmtahan Mərkəzi ilə bu istiqamətdə sıx əməkdaşlıq edib. Yeni imtahan modelinə əsasən buraxılış imtahanlarının şagirdlərin gələcək taleyinə təsir etməsi çox əhəmiyyətli bir dəyişiklikdir. Çünki 11 il ərzində keçirilən tədbirin ölçülməsi təhsilin növbəti pilləsinə daxil olmaq üçün nəzərə alınması olduqca vacibdir. Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi sorğuya əsasən görürük ki, respondentlərin 60 faizi məhz yeni imtahan modelində orta məktəblə ali məktəb arasında əlaqənin qurulmasını çox müsbət qəbul edib".
Nazir söyləyib ki, ən vacib məqam yeni imtahan modelinin XXI əsrin tələb olunan bacarıqlarının ölçülməsini özündə ehtiva etməsidir: "Bu modeldə təlıb olunan riyazi və məntiqi təfəkkür, mətnlə işləmək, yazı qabiliyyəti və digər bacarıqlarını ölçülməsi olduqca vacibdir. Bu imtahan modelinə də qapalı tipli sualların çoxluq təşkil etməsinə baxmayaraq, yeni imtahan modeli əvvəlki modellə müqayisədə daha yüksək bacarıqları ölçməyə imkan verir. Bu da olduqca vacib istiqamətidir. Növbəti vacib məqam odur ki, yeni imtahan modelində fənlərin sayında azalma var. Nəzərə alaq ki, buraxılış imtahanları ali məktəblərə qəbul zamanı nəzərə alınır. Daha əvvəlki modeldə isə həm buraxılış, həm də qəbul imtahanları Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilirdi. Yalnız qəbul imtahanlarının II mərhələsinin nəticələri abituriyentin gələcək həyatına təsir edirdi. Yəni imtahan modelinə əsasən isə hər ikisinin təsirinin olduğunu nəzərə alaraq II mərhələdə imtahan fənlərinin sayında azalma var. Hesab edirik ki, bu həm qiymətləndirmə yükünün azaldılması, həm də abituriyentlərin imtahanlara psixoloji baxımdan daha rahat olması üçün əhəmiyyətli dəyişiklik olacaq".
C.Bayramov əlavə edib ki, qanunvericiliyə edilən dəyişikliyə əsasən, bu il ərzində müxtəlif sahələrdə özünü doğruldan 100 gənc ali məktəbə müsabiqədən kənar qəbul olunub: "Hesab edirəm ki, bu dəyişiklik növbəti illərdə çox müsbət nəticələr verəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB