"Yeni imtahan modeli: islahatlar, nəticələr və gözləntilər" adlı konfrans keçirilir YENİLƏNİR
Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə "Yeni imtahan modeli: islahatlar, nəticələr və gözləntilər" adlı konfrans keçirilir. SİA-nın xəbərinə görə, tədbirdə Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Oruc, Azərbaycan Respublikası Prezident Administrasiyası Humanitar siyasət, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Prezident Administrasiyası Qeyrı-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova, təhsil naziri Ceyhun Bayramov, Dövlət İmtahan Mərkəzinin direktorlar Şurasının sədri Məleykə Abbaszadə, ictimai-siyasi xadimlər, millət vəkilləri, ekspertlər, media kapitanları və digərləri iştirak edir.
Konfrans "Yeni təhsil proqramları, yeni məzun standartları, yeni qiymətləndirmə vasitələrinin tətbiqi", Təhsilin inkişafında cəmiyyətin fəal iştirakı dövlət siyasətinin əsas hədəflərindəndir", Axərbaycanda təhsilin keyfiyyətinin qiymətləndirilməsinin milli sistemi işığında" və digər mövzulara həsr olunan sessiya ilə davam edəcək.
Qeyd edək ki, konfransda həmçinin Sosial Tədqiqatlar Mərkəzi tərəfindən hazırlanan "Azərbaycan Barometri" jurnalının ikinci sayında "Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının yeni modeli" ictimai rəy sorğusu əsasında hazırlanan analitik hesabat ictimaiyyətə açıqlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB