Başqasının yerinə imtahan vermək istəyənlər cəzalandırılacaq XƏBƏRDARLIQ
Dövlət İmtahan Mərkəzi (DİM) vətəndaşlara müraciət edərək, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu, eləcə də digər imtahanlarla bağlı qanunvericiliyin tələblərinə tam riayət etməyə çağırır. Dövlət İmtahan Mərkəzindən SİA-ya verilən məlumata görə, bəzi hallarda ədalətli şərtlər əsasında ali təhsil müəssisələrinə qəbul ola bilməyən abituriyentlərin qanunsuz yollarla imtahanlardan müsbət nəticə əldə etməsinə cəhd hallarına da rast gəlinir.
Ötən illərin statistikasına nəzər saldıqda, imtahanlarda aşağıdakı qayda pozuntularının daha çox təkrar olunduğunu müşahidə edə bilərik: "Bu pozuntular imtahana mobil telefonla daxil olmağa cəhd, köçürmək üçün müxtəlif əyani vəsaitlərdən istifadə, sual kitabçasını və cavab kartını dəyişmək, köçürməyə cəhd və imtahanda iştirak etməli olan abituriyentin əvəzinə başqa bir şəxsin imtahana gəlməsi ilə bağlıdır. Məlumdur ki, hər bir imtahan nəticəsi elan olunarkən DİM tərəfindən imtahanda baş vermiş qayda pozuntuları haqqında da məlumat verilir və imtahanlardan xaric olunmuş abituriyentlərin sayı göstərilir, onların nəticələrinin ləğv olunması elan edilir. Bu qayda pozuntuları hüquqi məsuliyyət yaradır və qanunvericiliklə adekvat tədbirlərin görülməsini tələb edir. Bunlardan ən əsası imtahanda iştirak etməli olan şəxsin əvəzinə başqa birinin imtahan verməsi və ya ona cəhd etməsidir. Bu tələbə qəbulu qaydalarında da öz əksini tapıb. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın 6.4-cü bəndində abituriyentin yol verməsi qadağan olunan hərəkətlər müəyyən edilmişdir. Bu hərəkətlərdən biri məhz saxta və ya başqasına aid sənəd təqdim etmək, imtahana öz yerinə başqasını göndərməkdir".
Məlumatda bildirilib ki, bütün bunlara qarşı Dövlət İmtahan Mərkəzi digər əlaqədar qurumlarla birlikdə müxtəlif tədbirlər həyata keçirir: "Hələ ötən il Dövlət İmtahan Mərkəzi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış birgə araşdırmalar nəticəsində ali təhsil müəssisələrinə qəbul olmaq üçün keçirilən imtahan zamanı bir sıra qanun pozuntularına yol verilməsinə cəhd halları aşkar edilərək qarşısı alınmışdır. O zaman müəyyən olunan faktlar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işlərinin istintaqı nəticəsində Nəsibov Müzadil Qərib oğlunun Cinayət Məcəlləsinin 320.1 (saxta sənədlərdən istifadə) və 29, 320.1-ci (saxta sənədlərdən istifadəyə cəhd), Rzazadə Ramazan Tofiq oğlunun 320.1 (saxta sənədlərdən istifadə etmə) və 29, 320.1-ci (saxta sənədlərdən istifadəyə cəhd), Alışanlı Təbib Natiq oğlunun isə həmin məcəllənin 29, 320.1-ci (saxta sənədlərdən istifadəyə cəhd) maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işləri baxılması üçün aidiyyəti məhkəmələrə göndərilmişdir".
DİM qeyd edir ki, prosesin davamı olaraq 15 noyabr 2019-cu ildə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair konstitusiya işinə baxılıb və müvafiq qərar qəbul edilib. Qərarda deyilir ki, Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırma rəsmi sənəd barəsində və onun üzərində elə qanunsuz hərəkətlərin edilməsini nəzərdə tutur ki, bu hərəkətlərin nəticəsində həmin sənədin sahibinin və ya istifadəçisinin hüquqi vəziyyəti dəyişir, o, əsassız və qanunsuz olaraq hər hansı hüquq əldə edir və ya vəzifədən azad edilir, eləcə də hüquqlarının həyata keçirilməsi və ya vəzifələrinin icrasında müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar əldə edir.
Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq hüququ verən rəsmi sənədə qanunsuz olaraq başqasının adından digər şəxs tərəfindən məlumatların daxil edilməsi, onun əvəzinə imzalanması və s. hərəkətlər rəsmi sənədin saxtalaşdırılması kimi qəbul olunmalı və Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə tövsif edilməlidir.
Belə əməllər eyni zamanda inkişaf edən müasir cəmiyyət üçün faydalı mütəxəssislərin hazırlanması prosesinə maneçilik yaradır, dövlət tərəfindən təmin edilən sosial ədalət prinsipinə və elmi dəyərlərə olan etimadı şübhə altına alır. Halbuki, təşkil edilən imtahanların məqsədi abituriyentlərin bilik səviyyəsini müəyyən etməklə onların əldə etdikləri nəticəyə uyğun olaraq sıralanması və müvafiq ali və ya orta ixtisas təhsili müəssisələrində yerləşdirilməsidir:
"Bu sahədə mövcud qanunvericiliyin tələblərini pozan şəxslərə qarşı müvafiq qurumlar tərəfindən ən ciddi tədbirlərin görülməsi bundan sonra da davam etdiriləcəkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Qrossi İrandadır
Dünya 15:20Almaniya Moskvadakı səfirini geri çağırır
Dünya 15:17Azərbaycanla Həştərxanın tarixi dostluq bağları - ŞƏRH
Siyasət 15:04Qubadlıda sümük fraqmenti aşkarlanıb
Hadisə 14:50UNEC rektoru İzmirdə işgüzar səfərdə olub
Təhsil 14:47Turistlərin cəsədləri quyunun dibindən tapıldı
Dünya 14:43AZAL bu yay 60-a yaxın istiqamətdə uçacaq
Sosial 14:35“Neftçi”dən səfər matçlarında antirekord
İdman 14:20"COP29 genişmiqyaslı beynəlxalq tədbirdir" - ŞƏRH EDİLDİ
Siyasət 14:17Zidan “Bavariya”nı çalışdırmaqdan imtina edib
İdman 14:16Xankəndi Polis Şöbəsinə yeni təyinat olub
Siyasət 14:10Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
Mədəniyyət 14:09Arvadı və uşaqlarını öldürüb intihar etdi
Dünya 14:03Naftalanda ev yanıb
Hadisə 13:30Səhiyyə nazirindən əhaliyə çağırış
Səhiyyə 13:12Ağdərədə sümük fraqmentləri tapılıb
Hadisə 13:09"9 May Azərbaycan tarixinin bir hissəsidir" - RƏYLƏR
Siyasət 13:08Azad olunmuş ərazilərdə 79 mina aşkarlanıb
Hadisə 13:08Sabah yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
Hadisə 13:06Gənc rəssam Fidan Əmirovanın sərgisi keçirilib - FOTOLAR
Mədəniyyət 12:49Sülhə doğru atılan addımlar
Siyasət 12:46Multikulturalizm bizim üçün həyat tərzidir
Siyasət 12:45Azərbaycanlı bloggerin 153 milyon vergi borcu var
Şou-Biznes 12:42SOCAR prezidenti Özbəkistana səfər edəcək
İqtisadiyyat 12:31Fırçadan silaha uzanan əllər
Mədəniyyət 12:18Heyvanlarla bağlı yeni qanun layihəsi hazırlanır
Sosial 12:09DYP-dən hərəkət iştirakçılarına müraciət
Sosial 12:07Ukrayna maşınlara dronla hücum etdi
Dünya 12:05Qubada hotel və restoran layihəsinə 150 min manat güzəştli kredit verilib
İqtisadiyyat 12:03Qonşusunu diri-diri yandırdı
Dünya 12:02Məhkəmə Anar Məmmədli barədə qərar verib
Hadisə 12:02“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra istismara qaytarılıb
İqtisadiyyat 12:01Mərkəzi Bankda maliyyə bazarlarındakı son meyllər müzakirə edilib
İqtisadiyyat 12:00Quş qripinə qarşı epizootoloji monitorinqlər keçiriləcək
Səhiyyə 11:59Qarşılıqlı etimad və həmrəylik əsasdır
Siyasət 11:49“Bakı Prosesi” mədəniyyətlərarası dialoqu təşviq edir
Siyasət 11:48Bəşəriyyətin gələcəyinə önəmli töhfələr verən ölkə
Siyasət 11:47Dövlət Xidməti istehlakçılara müraciət edib
İqtisadiyyat 11:24Metroda QR biletdən istifadə edənlərin sayı 45 %-ə yaxın artıb
İqtisadiyyat 11:23Binəqədidə tapança satmaq istəyən şəxs saxlanılıb
Hadisə 11:04Ötən sutka 25 yanğına çıxış olub
Hadisə 10:53Azərbaycan sülh istəyir
Siyasət 10:49"Sumqayıt" Premyer Liqada rekordunu təkrarlayıb
İdman 10:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO
Hadisə 10:30Cəlilabadda 18 yaşlı oğlan itkin düşüb
Hadisə 10:29"Qarabağ" "Neftçi" ilə oyunda rekorda imza atıb
İdman 10:24Energetika naziri Ağcabədidə vətəndaşları qəbul edəcək
İqtisadiyyat 10:22Mədəniyyətlərarası dialoqun mərkəzi
Siyasət 10:11Öpüş xəstəliyinin simptomları NƏLƏRDİR? - HƏKİM AÇIQLADI
Səhiyyə 10:05İndoneziyada 6,2 bal gücündə zəlzələ baş verib
Dünya 09:54Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 09:45Bəzi yerlərə leysan yağıb, dolu düşüb - FAKTİKİ HAVA
Hadisə 09:43İstanbul Boğazı gəmi qəzası səbəbindən bağlandı
Dünya 09:30Dünya bazarlarında neftin qiyməti artır
İqtisadiyyat 09:26Nyu-York birjasında təbii qaz cüzi bahalaşıb
İqtisadiyyat 09:20Özəl xəbərlər
Digər xəbərlərTuristlərin cəsədləri quyunun dibindən tapıldı
Dünya 14:43"COP29 genişmiqyaslı beynəlxalq tədbirdir" - ŞƏRH EDİLDİ
Siyasət 14:17"9 May Azərbaycan tarixinin bir hissəsidir" - RƏYLƏR
Siyasət 13:08Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
- USD 1,7000 0,00%
- EUR 1,8297 +0,28%
- GBP 2,1326 -0,03%
- RUB 0,0185 0,00%