Millət vəkili: “Tibb işçilərin dövlət müəssisələrindən özəl müəssisələrə axınının qarşısı alınmalıdır”

Millət vəkili: “Tibb işçilərin dövlət müəssisələrindən özəl müəssisələrə axınının qarşısı alınmalıdır”

"Azərbaycanda tibb işçilərin dövlət müəssisələrindən özəl müəssisələrə axınının qarşısı alınmalıdır". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib. Onun sözlərinə görə, tibb işçilərinin maaşlarının artırılması məsələsi hazırda aktual məsələlərdən biridir. "Əgər bu məsələ vaxtında həll olunmadıqca və tibb işçilərinin aylıq maaşları respublika səviyyəsində orta aylıq maaşa çatdırılmadıqca özəl müəssisələrlə dövlət tibb müəssisələri arasında maaş arasında çox böyük disbalans yaranacaq və yaxşı mütəxəssislərin özəl müəssisələrə axın etməsi təhlükəsi olacaq".

 

Eyni zamanda millət vəkili hökümətin 2010-cu il üçün hesabatını qiymətləndirərkən deyib ki, ötən il Azərbaycanda xeyli sayda tibb müəssisəsi istifadəyə verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə