Naxçıvan Qarnizonu tam orta məktəbində fərqlənən şagirdlərin təltif olunması mərasimi keçirilib

Tədbirdə Məktəbin direktoru - Azərbaycan Respublikasının Əməkdar müəllimi Natiq Əhmədov çıxış edərək qeyd etdi ki, bu gün Naxçıvan Muxtar Respublkasında böyüməkdə olan uşaqların və gənclərin təhsli, tərbiyəsi, sağlamlığı daim respublika rəhbərliyinin diqətində olan ən aktual məsələlələrdəndir. Muxtar Respublikada tikilən və əsaslı şəkildə yenidən qurulan məktəb, məktəbəqədər tərbiyə, məktəbdənkənar müəsisələrin sayı ildən –ilə artmaqdadır. Bu gün elə bir şəhər, elə bir kənd yoxdur ki, orada yeni tikilən və əsaslı şəkildə yenidən qurulan məktəb olmasın .Uşaqların, gənclərin sağlamlığının qorunması, asudə vaxtlarını səmərəli keçirməsi üçün yaradılan idman kompleksləri, idman qurğuları, açıq və qapalı idman meydançaları hər bir şagirddə xoş ovqat yaratmışdır. Bu gün Ali Məclis Sədri yanında Gənclər Fondunun Naxçıvan Muxtar Respublikası Təhsil nazirliyinin , Gənclər və idman nazirliyinin, Ailə Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin və ayrı -ayrı idman federasiyalarının təşkilatı dəstəyi ilə keçirilən intellektual yarışlar, viktorinalar, yazı müsabiqələri, dram və şeir müsabiqələri, eləcə də fərdi və kollektiv idman yarışları şagirdlərin fiziki və zehni cəhətdən inkişafina, vətənpərvərlik hislərinin artırılmasına öz müsbət təsirini göstərməklə yanaşı uşaqların sevincinə və valideynlərin rəğbətinə səbəb olub. Naxçıvan Qarnizonu tam orta məktəbində yaranmış ənənələrdən biri də hər ay təhsildə, sınaq imtahanlarında, intellektual yarışlarda, “Oxunması zəruri olan kitablar”la bağlı viktorinada, yazı, şeir,dram, rəsm müsabiqələrində, eləcə də fərdi və kollektiv idman oyunlarında fərqlənən şagirdlərimiz mükafatlandırılır.Bu gün 5 dekabr tarixində noyabr ayı ərzində fərqlənən şagirdlərimizin mükafatlandırılma mərasimi keçirildi. Sonra məktəbin direktorunun əmri oxunaraq təhsildə,ictimai işlərdə, keçirilən tədbirlərdə fərqlənən şagirdlər mükafatlandırıldılar. Sonda fərqlənən şagirdlərlə xatirə şəkili çəkdirildi.

Bütün xəbərlər Facebook səhifəmizdə