Ümummilli lider Heydər Əliyevin doğum günü ərəfəsində məktəblilər arasında müxtəlif müsabiqələr təşkil olunacaq

Ümummilli lider Heydər Əliyevin doğum günü ərəfəsində məktəblilər arasında müxtəlif müsabiqələr təşkil olunacaq
Hər il olduğu kimi bu il də ümummilli lider Heydər Əliyevin doğum günü ərəfəsində Bakı məktəbliləri arasında müxtəlif müsabiqələr keçiriləcək. Bu barədə SİA-ya açıqlamasında Bakı şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı məlumat verib. O bildirib ki, ilk öncə Heydər Əliyevin 88-ci ildönümünə həsr olunan inşa yazı müsabiqəsi təşkil olunacaq. Onun sözlərinə görə, martın 16-da paytaxt Bakının orta ümumtəhsil müəssisələrində təhsil alan məktəblilər daha bir inşa yazı müsabiqəsində iştirak edəcəklər: "Paytaxtın 152 saylı orta məktəbində keçiriləcək müsabiqədə VII-XI siniflər arasından 300 şagirdin iştirakı nəzərdə tutulur. Müsabiqəyə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən hər ümumtəhsil məktəbindən 1 nəfər cəlb ediləcək".

Z.Əliqızı əlavə edib ki, növbəti belə tədbir isə "Heydər Əliyev və Azərbaycan" adlı rəsm müsabiqəsidır: "Belə ki, martın 17-də Bakı məktəbliləri arasında ümummilli lider Heydər Əliyevin 88-ci ildönümünə həsr olunan rəsm işləri üzrə müsabiqə təşkil olunacaq. Paytaxtın 152 saylı orta məktəbində təşkil olunacaq müsabiqədə VII-XI sinif şagirdləri iştirak edəcəklər. Müsabiqənin yekununda Bakının hər rayonundan 1 nəfər olmaqla 11 qalib seçiləcək. Qaliblərin işləri respublika turunda iştirak etmək üçün Təhsil Nazirliyinə təqdim olunacaq".

Z.Əliqızı qeyd edib ki, mayın 10-dək ulu öndər Heydər Əliyevin 88-ci ildönümünə həsr olunan belə tədbirlər, müsabiqələr, yarışlar keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə