Qəbul imtahanlarının tarixi dəyişəcəkmi?

Növbəti il üçün qəbul imtahanlarının vaxtı müəyyən olunmasa da, müzakirə olunur. SİA-nın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O qeyd edib ki, 2020-ci ildə Bakı "Formula-1" yarışları ilə yanaşı, həm də Avropa Çempionatı oyunlarına ev sahibliyi edəcək: "Ölkədə kütləvi tədbirlər keçirilən zaman imtahanların da keçirilməsi çox mürəkkəb olur. Bakıda keçirilən tədbirlərin vaxtı müəyyən edildikdən sonra qəbul imtahanlarının da tarixlərini elan edə biləcəyik".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...