Artıq Azərbaycanda vərəmi 3 aya deyil, 100 dəqiqəyə müəyyən etmək olacaq
Bu gün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) vərəmə qarşı yeni mayinə testinə üstünlük verir. SİA-nın xəbərinə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan ofisinin nümayəndəsi Cəvahir Süleymanova məlumat verib. O bildirib ki, bu test vərəmə qarşı mübarizəni tam dəyişdirə bilər. Onun köməyi ilə 100 dəqiqədən sonra dəqiq diaqnozu qoymağın mümkün olacağını deyən C.Süleymanovanın sözlərinə görə, halbuki hazırda diaqnozun qoyulmasına 3 ay vaxt sərf olunur. O vurğulayıb ki, yüksək xəstələnmə halları qeyd olunan ölkələrə bu testlər güzəştli qiymətlərlə veriləcək.
"Bununla bağlı, ÜST ilə Səhiyyə Nazirliyi arasında razılaşma əldə olunub. Bu razılıqda Ədliyyə Nazirliyinin Tibbi Xidməti də iştirak edib. Hazırda lazımi testlərin və avadanlıqların gətirilməsi üçün danışıqlar aparılır. Çox güman ki, yaxın aylarda yeni müayinə testləri ölkəyə gətiriləcək və ilin sonuna kimi onlardan istifadə olunacaq. Bununla da artıq Azərbaycanda vərəmi 3 aya deyil, 100 dəqiqəyə müəyyən etmək olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB