TQDK sözçüsü: "Daxili işlər orqanlarına imtahan verən namizədlərdən 48 nəfər müsabiqə şərtini ödəyərək növbəti mərhələyə buraxılıblar"
Xəbər verdiyimiz kimi, bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) martın 12-də Daxili işlər orqanlarında vakant orta rəis heyəti vəzifələrində xidmətə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirib. TQDK-nın mətbuat katibi Elnur Nağızadənin SİA-ya verdiyi xəbərə görə, artıq imtahanın nəticələri saat 14:50-dən etibarən komissiyanın internet səhifəsində yerləşdirilib. Onun sözlərinə görə, hər bir namizədin imtahan nəticələrinə dair məlumat vərəqi Daxili İşlər Nazirliyinə təqdim olunub.
"Müsabiqədə iştirak etmək üçün 108 nəfərin namizədliyi qeydə alınıb. Onlardan hamısı imtahanda iştirak edib və namizədlərdən 48 nəfəri müsabiqə şərtini ödəyərək növbəti mərhələyə buraxılıblar. İmtahanda ən yüksək nəticə 86 bal olub", - deyə mətbuat katibi əlavə edib.
E.Nağızadə qeyd edib ki, müsabiqənin yekun mərhələsi - müsahibə Daxili İşlər Nazirliyi tərəfindən aparılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB