Qərbi Kaspi Universiteti GƏNC İNNOVATOR müsabiqəsi elan edir

Qərbi Kaspi Universiteti GƏNC İNNOVATOR müsabiqəsi elan edir

Bu mükafat ilk növbədə özünü gələcəyə hazır hesab edən, dünyada, biliklərdə, elmdə inkişafı izləyən şagirdləri tanımaq və ən yaxşılarını mükafatlandırmaq məqsədilə nəzərdə tutulub.

Əziz IX-XI sinif şagirdləri, əgər siz elmi yenilikləri izləyirsinizsə, maraqlı hobbiləriniz varsa, kitab oxumağı sevirsinizsə, robotlar və proqramlaşdırma sahəsində uğurlar qazanmaq istəyirsinizsə, təhsildə uğurlar qazanırsınızsa, bu mükafat sizin üçündür. Özünüz haqqında məlumatları və "Mən gələcəyi necə necə görürəm?" – adlı 250 sözdən çox olmayan bir esse yazaraq Qərbi Kaspi Universitetinin vebsaytında yaradılmış xüsusi bölməyə yerləşdirin.

http://innovator.wcu.edu.az

Bu şagirdlər arasıdan yaxşıları seçəcəyik. Şəxsi keyfiyyətləri və essesi ilə fərqlənənlər nəticələrinə görə mükafatlandırılacaq. Bu müsabiqə bütün ölkəni əhatə edəcək. Müsabiqə haqqında orta məktəblərdə, sosial şəbəklərdə məlumatlara rast gələcəksiz.

Sizi bütün Azərbaycan tanıyacaq!

GƏNC İNNOVATOR seçiləcək şəxs mükafat olaraq:

- Universitet sertifikatı,

- Qiymətli hədiyyə,

- Qərbi Kaspi Universitetinə qəbul zamanı güzəştli təhsil əldə edəcək.

Ətraflı: [email protected] Azərbaycan, Bakı, İstiqlaliyyət 31, AZ1001

Bütün xəbərlər Facebook səhifəmizdə