"BDU-nun məzunları bundan sonra da Azərbaycana böyük töhfə verəcəklər"
"Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi illərdə ali təhsilli milli kadrların hazırlanması, əhali arasında savadsızlığın aradan qaldırılması üçün əhəmiyyətli addımlar atılıb. Sevindirici haldır ki, bir əsrlik yaşı olan BDU bu gün də özünün müasir dövrünü yaşayır, dünya təhsil sisteminə uğurla inteqrasiya edir". SİA-nın xəbərinə görə, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Bakı Dövlət Universitetinin Məzun Forumunda çıxış edərkən deyib.
O bildirib ki, bu gün BDU-da çalışan professor müəllim heyətinin çoxu bu təhsil müəssisəsinin məzunudur: "Eyni zamanda, digər ali məktəblərdəki professor-müəllim heyətinin sıralarında BDU -nun məzunları üstün saya malikdirlər. Əminəm ki, BDU məzunları bundan sonra da Azərbaycanın inkişafına böyük töhfə verəcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB