Məktəblilər Hərbi Liseydə mövcud olan şəraitlə tanış olublar VİDEO-FOTOLAR

Məktəblilər Hərbi Liseydə mövcud olan şəraitlə tanış olublar VİDEO-FOTOLAR

Heydər Əliyev adına Hərbi Liseydə təhsil almaq üçün müraciət edən namizədlər liseydəki təlim-tədris şəraiti ilə tanış olublar. SİA-nın verdiyi məlumata görə, gələcəkdə zabit olmaq istəyən şagirdlərin hərbi liseydə mövcud olan şəraitlə tanış olması artıq ənənə halını alıb. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə Əlahiddə Ümumqoşun Ordunun birgə tədbirlər planına əsasən razılaşdırılmış qrafikə uyğun olaraq keçirilən tədbirdə bu dəfə Naxçıvan şəhərində fəaliyyət göstərən tam orta məktəblərin şagirdləri və hərbi rəhbərləri iştirak ediblər.

Məktəblilərin Hərbi Liseylə tanışlıq prosesi həftədə bir dəfə olmaqla dekabrın 20-dək davam edəcək.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə