Səhiyyə müəssisələrinin elektron poçt xidməti vahid domendə birləşdi

Səhiyyə müəssisələrinin elektron poçt xidməti vahid domendə birləşdi

Səhiyyə idarə və müəssisələrinin elektron poçt vasitəsilə informasiya mübadiləsi prosesinin təkmilləşdirilməsi məqsədilə Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi tərəfindən esehiyye.az internet domenində yeni elektron poçt server quraşdırılıb istifadəyə verilib.

SİA-nın məlumatına görə, yeni e-poçt xidməti tam Azərbaycan dilinə tərcümə edilib. Xidmətdən istifadə etmək üçün 220 tibb idarə və müəssisəsinə e-poçt ünvanı qeydiyyatdan keçirilmiş, istifadəçi adı, şifrəsi və istifadə qaydaları ilə birlikdə fərdi şəkildə müəssisələrə təqdim edilib.

Bununla da tibb müəssisələri Səhiyyə Nazirliyi və bir-biri ilə elektron sənədlərin məlumat mübadiləsini daha da operativ, təhlükəsiz və stabil həyata keçirmək imkanı qazanıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə