Bu gün Bakı Dövlət Universitetində (BDU) 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
SİA-nın xəbərinə görə, tədbir başlamazdan öncə Sosial elmlər və psixologiya fakültəsinin tələbəsi Gülnar Məmmədovanın fərdi rəsm sərgisinə baxan rektor, akademik Abel Məhərrəmov gənc rəssamın əsərlərini yüksək qiymətləndirib. Universitetin böyük akt zalında davam edən tədbirdə çıxış edən akademik Abel Məhərrəmov xanımları təbrik edib, cəmiyyətdə qadının rolunun çox yüksəldiyini, kişilərlə eyni hüquq və imtiyazlara sahib olduqlarını bildirib.
Rektorun sözlərindən məlum olub ki, BDU-da qadınlar aparıcı qüvvə kimi çıxış edir. Professor-müəllim heyətinin, texniki işçilərin, o cümlədən tələbələrin çoxunu xanımlar təşkil edir. Akademik Azərbaycan qadınının səcdəyə layiq olduğunu, onun ən böyük qayğısının vətənə layiqli övladlar yetişdirmək olduğunu bildirib. Ümummilli lider Heydər Əliyevin qadınlara göstərdiyi tükənməz qayğı nəticəsində cəmiyyətdə qadının rolunun artdığını, prezident İlham Əliyevin hər il bu əlamətdar gün ərəfəsində ölkəmizin ictimai-siyasi, təhsil, mədəni və sair sahələrində fərqlənən xanımları fəxri adlarla təltif etdiyini deyən rektor, eyni zamanda Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətindən bəhs edib.
Sonra universitetin ictimai həyatında fəal mövqelərinə və 8 mart bayramı münasibətilə bir qrup xanım əməkdaş rektor, akademik Abel Məhərrəmovun müvafiq sərəncamı ilə Fəxri fərman, Təşəkkür və pulla mükafatlandırılıb.
Tədbir bayram konserti ilə başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB